Bayden o sözləri Putinə ünvanlamamışdı - Lukyanov

21-03-2021, 10:40           
Bayden o sözləri Putinə ünvanlamamışdı - Lukyanov
ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putin haqqında söylədiyi sözlərin Rusiya liderinə deyil, amerikalı seçicilərə ünvanlandığını düşünürəm.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov deyib.

“O zaman Bayden kimə müraciət edirdi? Putinə müraciət edirdi? Düşünürəm ki, yox. Çünki seçicilərindən başqa onu heç kəs narahat etmir”, – deyə Lukyanov “Rossiya 1” telekanalının efirində bildirib.

Ekspertin fikrincə, Ağ Ev rəhbəri nədən danışdığını çox yaxşı başa düşürdü.

Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru