Ermənistanda yeni müxalifət partiyası yaradılıb

22-03-2021, 00:05           
Ermənistanda yeni müxalifət partiyası yaradılıb
Vahe Akobyan: “Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün hər şeyi edəcəyik”
“Səbirlə mübarizə aparacağıq. Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün hər şeyi edəcəyik, amma hələlik son qərar vermədik, məsləhətləşməliyik”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanda yeni yaradılan “Yüksələn Ermənistan” Partiyasının lideri Vahe Akobyan növbədənkənar parlament seçkilərindən danışarkən deyib.

Müxalifətçi vəziyyətin hər gün yox, hər saat dəyişdiyini, seçkilərin tarixinin ləğv ediləcəyini və ya seçkilərin Baş nazir Nikol Paşinyan olmadan keçiriləcəyini istisna etmir.

“Bu gün bir siyasətimiz var: yalnız öz vektorumuz boyunca, seçicilərimizlə birlikdə hərəkət edirik. Əsas sosial bazamız isə Sünikdir (Zəngəzur). Seçkilərdə müəyyən olunmuş həddi asanlıqla aşacağımıza əminik. Gündəmi Paşinyanın gedişi olan bütün siyasi qüvvələrlə danışıqlara hazırıq”, - deyə Akobyan əlavə edib.

Siyasətçi digər müxalif qüvvələrlə ittifaq quracaqlarını istisna etməyib.

Hakobyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sünikdə Azərbaycanla sərhəddə foto və video çəkilişlərə qadağan etməsini belə şərh edib – “Milli Təhlükəsizlik Xidməti hərəkətsizliyini və utancını gizlətməyə çalışır. Bunun başqa izahı yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.