ABŞ, Böyük Britaniya və Kanada Çinin Sintzyan bölgəsində vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər

23-03-2021, 07:20           
ABŞ, Böyük Britaniya və Kanada Çinin Sintzyan bölgəsində vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər
Böyük Britaniya, Kanada XİN başçıları Dominik Raab və Mark Qarno, və ABŞ dövlət katibi Entoni Blinken Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, London, Vaşinqton, Ottava və Brüssel tərəfindən bir neçə Çinli məmura tətbiq olunan sanksiyalardan bəhs edən İngiltərə, Kanada və ABŞ-ın diplomatiya rəhbərləri bu addımın Sintszyanda insan hüquqları pozuntularının yolverilməz olduğuna "açıq bir siqnal verəcəyini" vurğulayıblar.

Eyni zamanda adı çəkilən xarici işlər nazirləri və dövlət katibi Çindən BMT-nin müstəqil müstəntiqləri, jurnalistlər və xarici diplomatlar da daxil olmaqla beynəlxalq ictimaiyyətə Sintzyan ərazisinə maneəsiz giriş imkanı verməsini tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru