Rusiya ilə bu məsələdə işləyə bilərik - ABŞ

23-03-2021, 07:18           
Rusiya ilə bu məsələdə işləyə bilərik - ABŞ
ABŞ hesab edir ki, fikir ayrılığına baxmayaraq, Rusiya ilə nüvə məsələsi də daxil olmaqla, ikitərəfli münasibətlərdə birgə işləmək olar.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

“Rusiya ilə münasibətlərdə çətin günlərin olacağına əminik, çünki mövqelərimizin bir-birindən dərindən fərqləndiyi və qətiyyətlə cavab verməli olduğumuz bir sıra məsələlər var. Amma Rusiya ilə gündəmdəki əsas məsələlərdə işləyə biləcəyimizə də inanırıq”, - Sallivan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru