Ermənistan parlamentinin deputatı: Orduda xaos hökm sürür

25-03-2021, 07:03           
Ermənistan parlamentinin deputatı:
"Maariflənmiş Ermənistan" Partiyasıdan Milli Məclisdə deputat Qevork Qorqisyan orduda ümumi xaosun hökm sürdüyünü vurğulayaraq, müdafiə nazirinə müraciət edib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

“Cəbhə xəttimiz lazımi səviyyədə təchiz olunmayıb, növbətçilik şərtləri yersizdir. Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Hərbçilər döyüş növbətçiliyindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar. Hərbçilər çovğun zamanı itkin düşürlər”, - deyə deputat qeyd edib.

O, bildirib ki, Ermənistan ordusunda anarxiya hökm sürür.

"İnsanlara maaş verilmir. Bu xaos nə vaxta qədər davam edəcək, cənab nazir? Siz nə edirsiniz ki, orduda belə vəziyyət yaranıb?" - Qorqisyan nazirə müraciət edib.

Lakin Qorqisyanın sualı cavabsız qalıb, vitse-spiker Alen Simonyan ona sualları yazılı formada təqdim etməyi məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru