“Kəlbəcər bizim olmayıb. Bunu bütün dünya deyir…”- Erməni deputat

31-03-2021, 11:05           
“Kəlbəcər bizim olmayıb. Bunu bütün dünya deyir…”- Erməni deputat
“Kəlbəcər bizim olmayıb. Kəlbəcər 1990-cı illərdə əsgərlərimiz tərəfindən Qarabağın müdafiə zonası olaraq ələ keçirilmişdi ki, sonradan bu torpaqlar geri qaytarılsın və Qarabağ status alsın…”

Sozcu.az xəbər verir ki, bunu Kəlbəcərin Rusiyanın dəstəyi ilə Ermənistan ordusu tərəfindən işğalının növbəti ildönümü ərəfəsində qəsbkar ölkə parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Ovik Ağazaryan “Pastinfo” xəbər kanalının efirində bildirib.

“Ermənistanda buna şübhə edən biri varmı? Ermənistanda bütün dünyaya Kəlbəcərin bizim olduğunu söyləyə bilən varmı? Bütün dünya dedi ki, Kəlbəcər sənin deyil, əzizim, onu tezliklə geri qaytar və sən də gec-tez onu qaytarmalıydın” –deyə erməni deputat vurğulayıb.moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru