Erməni siyasi xadim: “Kremlin saray çevrilişi ssenarisində Paşinyanı cəzalandırmağa çalışması mümkündür”

31-03-2021, 21:04           
Erməni siyasi xadim:
“Seçkilərə hazırlaşmırıq. Biz Baş nazirin istefası və seçkilərə qədər olan keçid dövründə xalqı səfərbər etməyə və 2018-ci il nümunəsində xalq namizədini seçmələrinə məcbur etməyə hazırlaşırıq”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli-demokratik qütb” şurasının üzvü Varujan Avetisyan deyib.

Onun sözlərinə görə, istefa olub-olmayacağı hələ sual altındadır.

“Bu, bugünkü gündəliyimizdir. Bu seçki deyilən pis hadisə baş versə, vəziyyətə görə düşünəcəyik”, - deyə Avetisyan qeyd edib.

Varujan Avetisyan bildirib ki, Kremlin saray çevrilişi ssenarisində Paşinyanı cəzalandırmağa çalışması mümkündür.

Alpər Mövludoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru