"Avropa İttifaqı SSRİ-nin son mərhələsini yaşayır" - Vitse-spiker
31-03-2021, 21:34
Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy hesab edir ki, bu gün Rusiyanın müttəfiqlərini özünə cəlb etmək üçün birləşdirici ideyası yoxdur, lakin rus mədəniyyətinin böyük potensialı və millətlərarası dünya təcrübəsi var.
Bizimxeber.az bildirir ki, "Bizim elə bir cəlbedici ideyamız olacaq" deyən vitse-spikerə görə, bu baş verəndə Avstriyadan tutmuş Çexiyaya qədər Şərqi Avropa ölkələrinin böyük hissəsi müttəfiqlərimiz olacaq.
Onun sözlərinə görə, Varşava Müqaviləsinin dağılmasından sonra yaranmış tendensiyanı dəyişmək olar: "Avropa İttifaqı SSRİ-nin son mərhələsini yaşayır. Təəssüf ki, biz buna rəğmən müttəfiqlər toplamaq üçün cəlbedici ideya formalaşdırmamışıq".