Ukrayna Donbasda "İkinci Srebrenitsa"ya hazırlaşır?

10-04-2021, 08:12           
Ukrayna Donbasda "İkinci Srebrenitsa"ya hazırlaşır?
Kiyev Srebrenitsa qətliamını təkrar edərək, Donbasda ərazilərini azad etməyi düşünmür. Bu, ola bilməz.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov deyib.

“Əvvəla, Ukraynanın öz ərazilərinin zorakı yollarla azad etmək planı yoxdur. Çünki hər yerdə siyasi-diplomatik həll yolunu bəyan edirik. Ukraynada Srebrenitsa qətlimanının mümkünlüyü barədə danışmaq isə yolverilməzdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Ukrayna ordusunun Donbasda Srebrenitsa qətliamına bənzər faciə törədəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru