Rusiya Hitlerin məşhur taktikasını tətbiq edir - Polkovnik

10-04-2021, 08:42           
Rusiya Hitlerin məşhur taktikasını tətbiq edir - Polkovnik
Rusiyanın Ukraynanın şərqində tətbiq etdiyi taktika faşist Almaniyası zamanı hitlerçilərin özlərini aparmasına bənzəyir.

Axar.az xəbər verir ki, bunu ukraynalı polkovnik Pyotr Nedzelski deyib.

“Xatırlayın, Hitler Polşaya necə hücum etmişdi. Abver zabitləri (alman kəşfiyyat orqanı) Polşa ordusunun formasını geyinərək sərhəd zastavasındakı alman hərbçilərinə hücum etmişdi. Onda Hitler bütün dünyaya səs saldı ki, Polşa onlara hücum edib. Bu da Almaniyanın Polşaya hücumu üçün bəhanə oldu”, - polkovnik bildirib.

Onun sözlərinə görə, Kiyev haqlı olaraq dünya ictimaiyyətinin diqqətini Donbasda baş verənlərə yönəldir:

“Dünya Ukraynaya Kremlin yaxın gələcəkdə ola biləcək təxribatlarının qarşısını almaq üçün kömək etməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru