“İmperiya nəhəng qala divarı kimi çökür” – POLİTOLOQ

9-05-2021, 00:08           
“İmperiya nəhəng qala divarı kimi çökür”
Gələcəkdə özünü tarix elminə həsr edəcək gənclər tarixi bir dönəmdə yaşadıqlarını bilməli və dəyərləndirməlidirlər.

Böyük bir imperiya çöküşünün üçnücü, ən ağır mərhələsinə qədəm qoyub. Rusiya İmperiyasının çöküçünün ilk mərhələsi 1917-ci ildə, ikinci mərhələsi 1991-ci ildə baş vermişdi. İmperiyanın birinci çöküşündə yalnız Finlandiya daimi müstəqillik qazana bildi.
İkinci mərhələdə isə imperiyanın əsarətində olan üç əhaəmiyyətli region, Orta Asiya, Cənubi Qafqaz və Baltikayını bölgə, eləcə də rusların “Malorossiya” adlandırdmağı sevdikləri Ukrayna kimi strateji əhəmiyyətə malik respublika, Moldova və Belarus müstəqillik əldə etdilər.

İmperiyanın üçüncü çöküşü əslində ikinci çöküşlə başlayıb. Sadəcə olaraq həmin dövrdə dünya bu prosesə hazır olmadığı üçün imperiyanın tam çökməsinin qarşısını aldı. Sonra isə neftin qiymətinin bahalaşması qaçılmaz olan üçüncü çöküş mərhələsin bir müddət ləngitdi.
Bu təxminən Roma İmperiyasının xristianlığı qəbul etməsi ilə mövcudluğunu davam etdirmək üçün əlavə imkanlar qazanmasına bənzəyir. Sadəcə xristianlıq həmin dövrdə geniş yayılma və güclənmə mərhələsini yaşadığı üçün Roma İmperiyasının çöküşü üç əsr gecikdi. Neft qiymətinin bahalaşması isə üç əsr çəkə bilməzdi.

Neftin qiymətinin 2014-cü ildə sürətlə ucuzlaşması rus imperiyasının divarlarındakı çatların dərinləşmə prosesin yenidən başlatdı. Biz indi həmin çatların dərinləşməsinin gur səslər doğurduğu mərhələsin müşahidə etməkdəyik.

Nəhəng qala divarının uçub qırıntılara çevrilməsi anının çatların dərinləşməsinin hansı məqamına tuş gələcəyini tam dəqiqliklə bilmək mümkün deyil. Amma bunun baş verəcəyini təsəvvür etmək mümkündür.

Rus imperiyasının çöküşü də nəhəng qala divarının çöküşü kimi olacaq.
Gənc tarixçilər bu hadisə ilə bağlı yazacaqları elmi əsərlərinin “xam mallanı” toparlamağa başlamalıdırlar.

Xəqani Cəfərli, politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.