Cənubi Koreya raketləri istənilən məsafədə uçacaq - ABŞ-dan AÇIQLAMA

23-05-2021, 07:53           
Cənubi Koreya raketləri istənilən məsafədə uçacaq - ABŞ-dan AÇIQLAMA
ABŞ Cənubi Koreya raketlərinin istənilən məsafədə uçmasına icazə verib.

“RİA Novosti” xəbər verir ki, Cənubi Koreya Prezidenti Mun Çje In və ABŞ lideri Co Bayden Seulun raket istifadəsinə dair qərarın ləğvini qəbul ediblər.

Sənəd 800 kilometrdən çox mənzilli raketlərin yaradılması və istifadəsində məhdudiyyətləri nəzərdə tutmuşdu.

“Müdafiə hazırlığımızı artırmağı qəbul etdik və Cənubi Koreya qüvvələri tərəfindən ABŞ-dan Cənubi Koreyaya əməliyyat nəzarətinin (OPCON) ötürülməsi barədə öhdəliyimizi təsdiq etdik. Yenidən nəzərdən keçirilmiş raket təlimatlarının bitdiyini elan etməkdən də məmnunam”, - deyə Koreya prezidenti bildirib.

O, bunu ittifaqın etibarlılığını nümayiş etdirmək üçün “simvolik” və əhəmiyyətli tədbir adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru