ABŞ Gürcüstana hələ də pul verir – RƏSMİ ŞƏKİLDƏ

23-05-2021, 09:40           
ABŞ Gürcüstana hələ də pul verir –
Gürcüstan ABŞ-dan 67 milyon dollar həcmində qrant alıb.

Bizim.Media news.ge saytına istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti və ABŞ-ın USAID təşkilatı arasında saziş imzalanıb.

Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və USAID-nin missiya rəhbəri Piter Vibler imzalayıblar. Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan iştirak ediblər.

“Gürcüstanın dayanıqlı inkişafının təşviqi üçün” adlı qrant proqramı çərçivəsində ayrılacaq vəsaitin 330 milyon dollara çatdırılması perspektivi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru