Türk “Bayraqdar”ları rus sistemlərini aşağıladı – Polşa nəşri

24-05-2021, 06:02           
Türk “Bayraqdar”ları rus sistemlərini aşağıladı – Polşa nəşri
Rusiyanın hava hücumundan müdafiə sistemlərini aşağıladı.

Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Polşanın “Virtualna Polska” qəzeti yazıb.

Polyak nəşri Türkiyənin müasir silahlarının Rusiyanın hərbi sənaye kompleksinə ağır zərbə vurduğunu bildirib.

Məqalədə Türkiyə istehsalı “Bayraqdar TB2” dronlarının Suriya və digər bölgələrdə gedən müharibələrdəki uğurlarına diqqət çəkilib.

Məqalə “Rusiyanın müdafiə sistemlərini alçaldan türk döyüş təyyarələri” adı ilə yayımlanıb:

“Yüksək səviyyədə inkişaf etdirilmiş sistemlərin olmasına baxmayaraq, Türkiyənin hərbi avadanlıqlarının əhəmiyyətli üstünlükləri var: aşağı qiymət və sübut olunmuş döyüş effektivliyi. Bənzər Amerika sistemləri ilə müqayisədə Türkiyənin hərbi avadanlıqları əlverişli qiymətləri ilə seçilir.

Ən əsası, “Bayraqdar TB2” əsl müharibə zamanı rus texnikasına qarşı sınaqdan keçirilib. Türk pilotsuz təyyarələri digərləri ilə müqayisədə uğurla istifadə edilib. “Bayraqdar TB2” Türkiyənin Suriyadakı “Bahar Qalxanı” əməliyyatında da yaxşı nəticələr verdi. Türklər orada ən azı bir neçə pilotsuz təyyarə itirsələr də, yerdəki hədəflərə hücum edərkən faydalı olduqlarını sübut etdilər”.

Nəşr vurğulayıb ki, Suriyadakı müharibə zamanı ruslar zenit sistemlərini itiriblər:

“Ukrayna da alıb. Kəşfiyyat məqsədi ilə istifadə edilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.