"Ermənistan tərəfi nə qədər bu istiqamətdə konstruktiv addıma atarsa..." - Ülvi Quliyev

24-05-2021, 20:06           
"Ermənistan tərəfi nə qədər bu istiqamətdə konstruktiv addıma atarsa..." - Ülvi Quliyev
"Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi videokonfransda Azərbaycanı regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı kimi qiymətləndirmək olar. 9 il bundan əvvəl yaranan beynəlxalq mərkəzin əsas missiyasından biri də Azərbaycan həqiqətlərini, sülhü və ədaləti təbliğ edərək dünyaya çatdırılması idi. Ötən müddət ərzində də Azərbaycan Mərkəz vasitəsi ilə qarşısına qoyduğu hədəfə nail oldu. Məhz yürüdülən məqsədyönlü siyasətin nəticəsində ermənilərin Azərbaycan haqqında beynəlxalq aləmdə formalaşdırdığı yalanları, saxtakarlıqları ifşa edə bildi və Ermənistanın işğalçılıq siyasətinə son verdi”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, qürurverici məqam ondan ibarətdir ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında erməni işğalından deyil, Qarabağ münaqişəsinin həlli nəticəsində yaranan yeni situasiyadan və onun reallıqlarından söz açırıq.

“Bu gün biz dünyanı faktlarla 30 illik erməni işğalı nəticəsində Azərbaycanın tarixi-dini, mədəni irsinə qarşı vandalizm hərkətləri, yaşayış məntəqələrinin viranə halına salınması ilə yanaşı, işğala son verməklə yeni mərhələnin tələblərinə uyğun regional inkişaf perspektivləri və inteqrasiyasından danışıqır. Nə qədər ağır və acı olsa da Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunması üçün Azərbaycan Prezidenti toplantıdakı çıxışı zamanı dünyaya münaqişənin arxada qaldığının, yeni reallığa uyğun olaraq münasibətləri formalaşdıraraq gələcəyə baxmağın, həmçinin birgə yaşayışa hazır olmağın zəruruliyini çatdırdı. Prezident İlham Əliyev bütün deyilən istiqamətlər üzrə Azərbaycanın mövqeyini ortaya qoyaraq birgəyaşayış naminə Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi. Bölgədə birgəyaşayış və əməkdaşlıq isə sərhədlərin qarşılıqlı tanıyan siyasi sənədin imzalanması ola bilər. Ermənistan tərəfi nə qədər bu istiqamətdə konstruktiv addıma atarsa, regionun gələcək inkişafı, inteqrasiyası üçün yeni perespektivlər açılacaq. Bunun üçünsə ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə yetirilməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar", - millət vəkili qeyd edib.

Azərbaycanla yanaşı Ermənistanın da barışıq və reinteqrasiya prosesinə maraq nümayiş etdirməsinin vacibliyini vurğulayan millət vəkili bildirib ki, əgər İrəvan üzləşdiyi böhrandan çıxmaq istəyirsə Azərbaycan Prezidentin bölgədə birgəyaşayışın və əməkdaşlığın təmin edilməsi istiqamətindəki fəaliyyətinə uyğun adekvat siyasət yürütməlidir: “Bax, o zaman Ermənistan yürütdüyü işğalçı siyasət nəticəsində üzləşdiyi acınacaqlı vəziyyətdən və tənəzzüldən, erməni cəmiyyətinin yaşadığı ciddi psixoloji dramdan xilas ola bilər. Bir daha qeyd edirəm ki, Ermənistan gələcəkdə daha ağır fəlakətlərlə üzləşmək istəmirsə, ilk növbədə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində sərhədlərini tanımalıdır. Ermənistan birmənalı şəkildə dərk etməlidir ki, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik onları məhvə sürükləyir və bacardıqca tezliklə bu xəstəlikdən geri durmalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.