ABŞ və İran bu gün "son raund"a başlayır - Ulyanov
25-05-2021, 08:54
ABŞ və İran nüvə proqramının həlli ilə bağlı gecikmə olmadan irəliləməyə qərarlıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.
"Rusiya və Hərtərəfli Birgə Fəaliyyət Planındakı həmkarları iyunun əvvəlinə, ən uzağı ortasına kimi danışıqların başa çatmasını istəyirlər. Çünki istəmirlər ki, İrandakı prezident seçkiləri prosesə hansısa bir problem yaratsın. Bu plan alınacaqmı, onu həyat göstərər. Mayın 25-də danışıqların 5-ci raund başlayır, ümid edirik ki, bu, final raundu olacaq”, - Ulyanov bildirib.