“Qoşunları sərhəddən geri çəkməyə hazırıq” - Paşinyan

29-05-2021, 17:00           
“Qoşunları sərhəddən geri çəkməyə hazırıq” - Paşinyan
“Ermənistan sərhəddəki vəziyyəti gərginləşdirməmək üçün qoşunlarını geri çəkməyə hazırdır”.

Oxuməni.az“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan ATƏT-in Minsk qrupunun son açıqlamasını şərh edərkən bildirib.

Həmsədrlər tərəfləri vəziyyəti gərginləşdirmək, sərhədləri sülh yolu ilə delimitasiya və demarkasiya üçün danışıqlara başlamaq naminə, qoşunları geri çəkmək də daxil olmaqla, təcili addımlar atmağa çağırıblar.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını alqışlayıram, orada təqdim olunan addımların məntiqi bizim üçün əsasən məqbuldur. Hər an qoşunların geri çəkməyə hazırıq və ATƏT-in Minsk qrupu sayəsində Azərbaycanlın da bu addımı atmasına ümid edirik”.

Paşinyan əlavə edib ki, İrəvan ATƏT-in Minsk qrupunun köməyi ilə sərhədlərin dəqiqləşdirilməsi, demarkasiya və delimitasiya işləri aparmağa, habelə Qarabağla bağlı danışıqlar prosesini bərpa etməyə hazırdır.

Ermənistan baş naziri Rusiyanı təhlükəsizlik sahəsində “bir nömrəli tərəfdaş” adlandırıb.

“Rusiya Federasiyası ilə qüvvələrin birləşdirilməsi və vahid hava hücumundan müdafiə sistemi barədə müqavilələrimiz var və bu razılaşmalar lazımi prosedurlar tələb edir. Əlavə olaraq, KTMT Ermənistanın iştirak etdiyi əsas təhlükəsizlik sistemidir və bu qorunmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.