Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq – İRANLI RƏSMİ

29-05-2021, 19:09           
Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq –
İranla Azərbaycan sərhədində Xudafərin sərhəd gömrüyü yaxın gələcəkdə açılacaq.

Gununsesi.info xəbər verir ki, bunu İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi deyib. Onun sözlərinə görə, bu sərhəd gömrüyünün fəaliyyətə başlaması üçün lazımi addımlar atılıb.

Purməhəmmədi əlavə edib ki, Azərbaycanın Xudafərin sərhədi işğaldan azad edildikdən sonra bu sərhəd gömrüyünün fəaliyyətə başlaması Azərbaycan və İran rəsmiləri tərəfindən diqqət mərkəzində olub.

Vilayət rəsmisi deyib ki, Xudafərin sərhəd gömrüyü İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi və ticarət dövriyyəsinin inkişaf etməsinə ciddi köməklik göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru