Azərbaycan və Ermənistan nümayəndəsi Moskvada - Danışıqlar bərpa olunur

3-06-2021, 06:14           
Azərbaycan və Ermənistan nümayəndəsi Moskvada  -
Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri baş tutub.

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin müəyyən ərazilərindəki gərginliyin azaldılması məsələsini müzakirə ediblər.

“İyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirildi.

Görüşdə Ermənistan və Azərbaycanın müəyyən sərhəd bölgələrində vəziyyətin deeskalasiyası yolları müzakirə edildi. İşçi əlaqələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə TASS-a danışan mənbə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru