“Nikol Putinin təklifini qəbul etsəydi, minlərlə itkimiz olmazdı” - Keçmiş MTX rəhbəri

3-06-2021, 09:38           
“Nikol Putinin təklifini qəbul etsəydi, minlərlə itkimiz olmazdı” -
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Hambardzumyan ölkəsinin ağır duruma düşməsinə münasibət bildirib.

Azvision.az xəbər verir ki, o İrəvanın ağır və biabırçı məğlubiyyətdən qaçması üçün şansı əldən verdiyini deyib: “Nikol Paşinyan Təhlükəsizlik Şurasının 20 oktyabr iclasında müharibəni dayandırmaq üçün Rusiya prezidentindən təklif aldığını demədi. Baxmayaraq ki, Onik Qasparyan və David Tonoyan görüş zamanı qələbə şansımızın olmadığını ətraflı şəkildə izah etmişdilər, "biz uduzuruq" demişdilər".

Keçmiş MTX rəhbərinin sözlərinə görə, Nikol Paşinyan müharibəni bitirmək təklifini qəbul etsəydi, minlərlə erməni hərbçi ölməzdi. Hambardzumyan Qarabağdakı məğlubiyyətə və Ermənistanın verdiyi itkilərə görə, hazırkı hakimiyyətin məsuliyyət daşıdığını xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru