“Bayraktar” Qarabağda vəziyyəti dəyişdi” – “The Wall Street Journal”

4-06-2021, 00:08           
“Bayraktar” Qarabağda vəziyyəti dəyişdi” –
Nüfuzlu “The Wall Street Journal” nəşri “Türkiyədə istehsal olunan ucuz, silahlı pilotsuz təyyarələr döyüş sahəsini və geosiyasəti dəyişdirir” başlıqlı məqalə dərc edib.

Gununsesi.info xəbər verir ki, məqalədə Türkiyə istehsalı olan “Bayraktar TB2”nin müharibə meydanlarını yenidən şəkilləndirdiyi qeyd olunur.

Bildirilib ki, ekvivalentləri ilə müqayisədə “Bayraktar TB2” funksionallığı və maliyyətinə görə daha uyğun seçimdir:

“PUA-lar Suriya, Liviya və Azərbaycanda vəziyyəti kökündən dəyişdirib. Münasib qiymətli rəqəmsal texnologiya ilə hazırlanan raketli PUA-lar Suriya, Liviya, eləcə də, Azərbaycana Dağlıq Qarabağda vəziyyəti öz lehinə çevirməyə kömək etdi”.

Qeyd olunub ki, “Bayraktar TB2” tanklar və digər zirehli maşınlarla yanaşı, hava müdafiə sistemlərini də məhv edir:

“Bu PUA-lar gələcəyin müharibələrinin ən inkişaf etmiş texnologiyaya malik bahalı döyüş vasitələri qədər, ucuz, amma təsirli döyüş vasitələri ilə şəkillənəcəyinə işarə edir”.

Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru