Sallivan Fransa prezidentinin müşaviri ilə Rusiya, Çin və İranı müzakirə etdi

4-06-2021, 07:26           
Sallivan Fransa prezidentinin müşaviri ilə Rusiya, Çin və İranı müzakirə etdi
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonnla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ağ vv Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun yazılı açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, görüş zamanı NATO-nun gücləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlər, habelə kiberməkanda zərərli fəaliyyətin yaratdığı problemlər və terrorizm müzakirə olunub. Bundan əlavə, Rusiya, Çin, İran və Afrikanın Sahel regionu da diqqət mərkəzində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru