ABŞ müdafiə naziri İsrailli həmkarı ilə regional təhlükəsizlik problemlərini müzakirə edib

4-06-2021, 07:59           
ABŞ müdafiə naziri İsrailli həmkarı ilə regional təhlükəsizlik problemlərini müzakirə edib
ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qans ilə görüşüb.

Trend-in Pnetaqonun bəyanatında istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Yaxın Şərq bölgəsindəki təhlükəsizlik problemlərinin həlli və Fələstinlə atəşkəsi müzakirə ediblər:

"Pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlər də daxil olmaqla bir sıra regional təhlükəsizlik problemlərinin həlli üzrə müdafiə əməkdaşlığını gücləndirmək üçün müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Beni Qans ilə görüşüb".

L.Ostin bildirib ki, ABŞ rəhbərliyi "həm İsraillilər, həm də Fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi üçün" atəşkəs barədə razılaşmanı dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru