Qarabağın statusunu regionda sülh bərpa edildikdən sonra həll etmək lazımdır – Lavrov

9-06-2021, 19:40           
Qarabağın statusunu regionda sülh bərpa edildikdən sonra həll etmək lazımdır – Lavrov
Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, amma indi ona deyil, regiona dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov mütaliəsi” forumunda bildirib.
“Başa düşürəm ki, indi çoxları Dağlıq Qarabağın statusu məsələsinin həll edilməmiş qalmasından danışır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə qəti olaraq razılaşdırılmalıdır. Hazırki mərhələdə isə həmsədrlər, yəqin ki, status problemini qaldırmaq yerinə, etimad tədbirlərinin möhkəmlənməsinə, humanitar məsələlərin həllinə, ermənilərin və azərbaycanlıların yenidən təhlükəsizlik və iqtisadi rifah şəraitində birgə yaşamaya başlamasına yardım etməlidirlər. Və onda, sizi inandırıram ki, iki-üç il sonra, belə bir yaşayışı təşkil etsək, bütün status problemləri daha asan həll ediləcək”, deyə TASS agentliyi Rusiya Federasiyası xarici işlər nazirindən sitat gətirir. -












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru