"Biz heç bir oyunda iştirak etmirik” - Qulu Məhərrəmli

26-07-2021, 08:54           
"Biz heç bir oyunda iştirak etmirik” - Qulu Məhərrəmli
Jurnalistlər üçün nəzərdə tutulan 3-cü binadakı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan müraciət ictimaiyyətdə kəskin reaksiya ilə qarşılanıb. Hələ də aktiv müzakirələr davam edir. Müraciət mətnində imzası olanlardan biri də professor Qulu Məhərrəmlidir.

“Rupor” xəbər verir ki, professor müzakirələrə cavab olaraq, özünün facebook hesabında yazıb. Həmin cavabı təqdim edirik:

“Bəziləri özünü cəmiyyətin gözündən elə salıb ki, hətta ən insani məsələdə belə adın onlarla bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər. Kəmfürsətlər isə bundan sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar.
Məlum "ev məsələsi"ndə kimlərsə fərqli maraqlar güdə bilər, amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz. Elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər!
P.S. Kimsə bu siyahı və müraciət məsələsini OYUN hesab edə bilər, amma səmimi dostlar və ləyaqərli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik”…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru