"müqavilənin bu il imzalanması ölkəmizin strateji maraqları çərçivəsindədir..."
28-07-2021, 00:05
Bir çox sosial şəbəkə istifadəçiləri İlham Əliyevin bu sözlərini Ermənistanla sülh müqaviləsi haqqında olduğunu düşünüb-paylaşırlar. Əslində bu sitat AB ilə nəzərdə tutulan anlaşma haqqındadı, ümid edək ki, bu il ərzində AB ilə strateji anlaşma imzalanacaq, ölkəmizin AB ilə əlaqələri güclənəcək, o cümlədən vizasız gediş-gəliş də öz həllini tapacaq. Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır. Daha sonra politoloq yazır, belə bir saziş olmadığı üçün AB yaxın 5 ildə Azərbaycana cəmi 145 mln. avro yardım ayırıb. Müqaviləsi olan digər qonşularımızdan Ermənistana (onlar 2017-də saziş imzalayıb) 2,6 mlrd. avro, Gürcüstana 3,9 mlrd. avro (onlar daha erkən və daha üst səviyyəli saziş imzalayıblar) yardım ayrılıb. Bu məsələdə günah özümüzdədir, müqavilənin bu il imzalanması ölkəmizin strateji maraqları çərçivəsindədir...