Pentaqon Əfqanıstanda Əl-Qaidə və İŞİD yaraqlılarının olduğunu açıqlayıb - VİDEO

21-08-2021, 08:16           
Pentaqon Əfqanıstanda Əl-Qaidə və İŞİD yaraqlılarının olduğunu açıqlayıb - VİDEO
“Əl-Qaidə və İŞİD terror təşkilatlarının silahlıları Əfqanıstanda mövcuddur, lakin onların dəqiq sayı ABŞ hökumətinə məlum deyil”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında bildirib.
Kibri deyib ki, İŞİD kimi Əl-Qaidənin də Əfqanıstanda olduğunu məlumdur: “Düşünürəm ki, onların şəxsiyyəti təsdiq edən sənədləri yoxdur və heç bir yerdə qeydiyyatdan keçmirlər. Onlara aid mükəmməl bir şəklimiz yoxdur”.

Pentaqon sözçüsü əminliklə bildirib ki, 20 il əvvəlki kimi vətənimiz üçün təhlükə yarada biləcək qədər əhəmiyyətli bir varlıq yoxdur: “ABŞ radikal “Taliban” hərəkatının amerikalılara qarşı şiddətini qəbuledilməz hesab edirik”.

O əlavə edib ki, ABŞ-ın vəzifəsi Kabil hava limanında etibarlı təhlükəsizliyi və hava nəqliyyatını təmin etməkdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.