İŞİD Putini hədələdi

6-03-2016, 21:24           

İŞİD terror qruplaşması Rusiya prezidenti Vladimir Putini RF-də yeni terror aktları ilə hədələyib.

Terrorçular bu barədə öz internet resurslarında video yayıblar.

Videonun əvvəlində Dağıstanda terrorçu-kamikadze tərəfindən avtomobilin partladılması göstərilib.

Yaraqlılar iki polis əməkdaşının öldüyü terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər.

Terrorçular əlavə ediblər ki, onlar İŞİD lideri Əbu BƏkr əl-Bağdadinin döyüşçüləridirlər. Onların arasında rus dilində də danışanları var idi. /oxu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.