Fəzail Ağamalı 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

8-03-2016, 00:09           

teref.az - Fəzail Ağamalı 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli xanımlar!
Əziz analar və bacılar!
Respublkanın ictimai həyatında, dövlət idarəçiliyində qadınların fəal iştirakı üçün ölkəmizdə bütün imkanlar yaradılıb. Uğurla həyata keçirilən hüquqi və demokratik dövlət quruculuğu prosesində böyük xidmətləri olan qadınlar, eyni zamanda elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də mühüm nailiyyətlərə imza atır, Beynəlxalq aləmdə Vətənimizi uğurla təmsil edirlər.
Sizi 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatda uğurlar arzulayıram.


Hörmətlə,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri
Millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.