“Paşinyan Batumidə 3-4 saatlığına "yoxa çıxıb"” – “İndiyədək o vaxt hara getdiyi bilinmir...”

18-09-2021, 12:06           
“Paşinyan Batumidə 3-4 saatlığına "yoxa çıxıb"” –
Bir neçə gün öncə Nikol Paşinyan Gürcüstan Respublikasına rəsmi səfər etdi. Rəsmi açıqlamaya görə, səfər Batumi şəhərində "Gürcüstanın Baş naziri ilə qeyri-formal görüş"lə başa çatıb. Baş nazirin Batuma səfəri də erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi, illah da Rusiyanın bəzi siyasi dairələri tərəfindən birmənalı qarşılanmadı. Amma indi məsələ bu deyil.

Səfərin "Batumi hissəsi" haqda diqqətəlayiq detallar məlum olub”.

Bunu Ermənistanın “Pact” nəşri yazıb.

“Gürcüstandakı mənbələrimizə görə, Paşinyan həmin gün Batumidə təxminən 3-4 saatlığına "yoxa çıxıb". Və nə Gürcüstan tərəfinin, nə də baş nazirin ofisindən onun harada olduğunu biliblər. Həmin vaxt onu kimin müşayiət edib -etmədiyini də öyrənmək mümkün olmayıb. O vaxt Paşinyanın harada olduğu indiyədək bilinmir” – deyə erməni nəşri məlumatın davamında yazır./moderator/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.