Ukrayna Krımı Rusiya parçalanandan sonra əldə edəcək.
Axar.az xəbər verir ki, bunu Litva parlamentinin eks-spikeri Vitautas Landsberqis deyib. O, Rusiyanın parçalanmasının zaman məsələsi olduğunu söyləyib:
“Rusiya parçalanacaq, çünki bütün imperiyaların sonu belə olur. Rusiya artıq 2 dəfə dağılıb, 3-cü dəfə də dağılacaq”.