Paşinyan "Qarabağ Azərbaycanın tərkibində olacaq, yoxsa yox?" sualına cavab verməyib - ƏTRAFLI

7-10-2021, 14:04           
Paşinyan "Qarabağ Azərbaycanın tərkibində olacaq, yoxsa yox?" sualına cavab verməyib - ƏTRAFLI
"Danışıqlar prosesini ona görə feyk adlandırmışam ki, o, Qarabağı Azərbaycan tərkibində buraxmaqla bağlı olub". Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, 1998-ci ildən etibarən qondarma qurum danışıqlar masasından çıxarılıb.

"1999-cu ildə Ermənistan konsensus çərçivəsində Avropada Təhlükəsizlik Xartiyasını qəbul edib.

Daha sonra, 2000-ci illərdə Ermənistan Dağlıq Qarabağ məsələsi həlli kontekstində ərazilərin dəyişdirilməsi formulunu müzakirə edib və Qarabağı almaq müqabilində Mehri rayonunu təhvil verməyi təklif edib, bununla yekunlaşdırıb ki, Ermənistan üç fəaliyyətlə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Buna görə də mən bu danışıqlar prosesini feyyk adlandırmışam", - deyə Paşinyan qeyd edib.

Ermənistanın Başı naziri "Qarabağ Azərbaycanın tərkibində olacaq, yoxsa yox?" sualına cavab verməyib.

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının üzvü Anna Mkrtçyan iddia edib ki, Nikol Paşinyan operativ əlaqədən istifadə edərək Azərbaycan tərəfi ilə gizli razılaşmalar üçün vədlər verib.

"Bu operativ əlaqəni sizin fraksiyanızın rəhbəri (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanı nəzərdə tutur - red.) təmin edib, gedin fraksiya ilə otaqda araşdırın, işgəncələr verin, qoy etiraf etsin ki, nə barədə və kiminlə razılığa gəlib. Xəyanət barədə razılığa gəlibsə, xəyanət barədə razılığa gəldiyini mənə məruzə etməyib, sizə məruzə edibsə, onda bu, onun şəxsi təşəbbüsü olub", - deyə Paşinyan bildirib.

Nikol Paşinyan bildirib ki, o, Litvada Şuşada yaşayış binalarının tikilməsi haqqında danışıb və dediyini iddia edir.

"Gəlin müqayisə edək ki, Şuşaya hansı həcmdə investisiyalar qoyulub və Baden-Badenə hansı həcmdə investisiyalar qoyulub. Yəni bu suallarla hansı məqsədi güdürsünüz, yəni sizə elə gəlir ki, yalnız siz Şuşada olmusunuz və mən, habelə insanlar olmamışıq?", - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Paşinyan qeyd edib ki, Şuşa haqqında dediyini, düz deyib: "Mən yaşayış binalarına toxunmuşam və eyni açıqlamanı verməyə davam edirəm, anlaşılmaz nə var?".

Nikol Paşinyan özünü günahkar hesab etdiyini deyib. "Ordunu 2018-ci ildən sonra korrupsiyaya bulaşmış elementdən azad etmədiyimə, eləcə də başqa şeylərə görə özümü günahkar hesab edirəm", - deyə Ermənistanın Baş naziri əlavə edib.

Alpər Mövludoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru