“Taliban”ın Mərkəzi Asiya planı: "Rusiya Türkiyənin ona görə maraqlarını nəzərə alır ki..."

7-10-2021, 19:16           
“Taliban”ın Mərkəzi Asiya planı:
"Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsi, Mərkəzi Asiyanı təhdid edəcəyi və Rusiyanın bu regionda fəaliyyətinə qarşı cəbhə açacağı istisna edilmirdi.

Ümumiyyətlə, “Taliban” təşkilatının tərkibində bir neçə qrup var və bunlar fəaliyyət istiqamətlərində fikir ayrılıqlarına malikdir".

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, buna görə də “Taliban”ın təkcə Əfqanıstanla kifayətlənəcəyi gözlənilmir:

““Taliban” təşkilatının Tacikistanda fəaliyyət göstərən "Camaat Ənsarullah" qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib. Əfqanıstanla Tacikistan arasında münasibətlər kəskindir və qlobal müstəvidə Rusiyanın fəaliyyətini zəiflətmək üçün Tacikistanda terror fəaliyyəti açıq müstəviyə keçə bilər. Nəticədə Rusiya buna müdaxilə edə bilər.Qeyd edim ki, “Taliban”ın daxilində bir qrup Əfqanıstanı dünya müsəlmanlarının əmirliyi hesab edir və bu əmirliyin ərazisini genişləndirmək üçün Mərkəzi Asiya hədəf ola bilər. Məhz “Taliban”ın əlində 100 milyardlıq ABŞ-ın qoyub getdiyi müasir silahlar var və bu silahlar kifayət edər ki, “Taliban” Tacikistanı nəzarətə alsın".

Politoloqun fikrincə, Rusiyaya qarşı Mərkəzi Asiyada təhdidlər qapını döyür:
"Belə bir müstəvidə Rusiya Cənubi Qafqazda situasiyanın gərginləşməsində maraqlı deyil və Rusiya Türkiyənin ona görə maraqlarını nəzərə alır ki, “Taliban”ın Mərkəzi Asiyaya müdaxiləsini Ankaranın əli ilə alsın. Belə olan təqdirdə Cənubi Qafqazda Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi şərtlərin İran tərəfindən təhdid edilməsinə Moskva icazə verə bilməz. Həmçinin, İranın bu regionda destruktiv fəaliyyəti də Rusiyanın maraqlarına zərbə vurur. Məhz İran XİN rəhbərinin Moskva görüşündən sonra geri addım atması və Bakıya səfər etmək niyyəti Tehranın Türkiyə-Azərbaycan tandeminə məğlub olmasının göstəricisi olmaqla yanaşı, yaxın regionda baş verən proseslər fonunda regionda marağı olan ölkələrin siyasətini təhdid edirdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru