İranlı deputat Azərbaycanı müharibə ilə hədələdi: “Raketlərin gurultusu ilə yuxudan oyanacaqlar”

8-10-2021, 07:22           
İranlı deputat Azərbaycanı müharibə ilə hədələdi:
İran parlamentinin rəyasət heyətinin üzvü Möhsün Dehnəvi oktyabrın 7-də “Twitter” hesabında paylaşım edərək Azərbaycan hökumətini təhdid edib.

KONKRET.az-ın məlumatına görə, o yazıb ki, Azərbaycan rəhbərliyi iki ölkə arasında yaranmış gərginliyi dayandırmalıdır.

“Bakı hökumətinin rəsmiləri İranın ali rəhbərinin nümayəndəsinin cümə namazı iqamə etdiyi yeri bağlamaqla təkəbbürlüyü son həddinə çatdırıblar. İ.Əliyev İsrailin pilotsuz uçan aparatlarını qucağına almaq əvəzinə yaxşısı budur ki, gərginliyi dayandırsın, yoxsa, nöqtəli raketlərin gurultusu ilə yuxudan oyanacaqlar. Bizim isə oradakı (Bakıdakı-red) səfirimiz öz vəzifəsini qətiyyətli şəkildə yerinə yetirməlidir”, – deyə İran parlamentinin rəyasət heyətinin üzvü Möhsün Dehnəvi “Twitter” də Azərbaycan əleyhinə etdiyi paylaşımında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru