Azərbaycan İsraildə səfirlik açacaq - NƏHAYƏT...

8-10-2021, 15:59           
Azərbaycan İsraildə səfirlik açacaq - NƏHAYƏT...
Azərbaycan İsraildə səfirlik açacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib:

“Məsələ çoxdan müzakirə olunur. Azərbaycanın İsraildə Səfirlik təsis edilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.

O qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil:

"Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru