Ağdamlılar deputatı tapana hədiyyə vəd etdi: DANA

14-03-2016, 16:13           
Ağdamlılar deputatı tapana hədiyyə vəd etdi: DANA
Rayon camaatı Bəxtiyar Sadıqovu tapana dana hədiyyə verəcəklər.

Ağdam camaatı üzləşdikləri problemlərdən dolayı şikayət etmək istədikləri deputatları Bəxtiyar Sadıqovu tapa bilmirlər. Artıq 10 ildir üzünü görmədikləri millət vəkilinin harada qəbul keçirdiyi, nə zaman seçiciləriylə görüşdüyünü bilən də yoxdur. Ona görə də, ağdamlılar konkret addım atmaq qərarına gəliblər.

Rayon camaatı bildiriblər ki, Ağdamdan deputat seçilmiş Bəxtiyar Sadıqovla bağlı axtarış veriblər. Həmin axtarışın nəticəsi olaraq, deputatı tapana mükafat da vəd olunub. Camaat mükafat olaraq həmin şəxsə dana bağışlamağı düşünür.

Seçicilərdən biri yazır ki, Bəxtiyar Sadıqovu 10 ildir bir dəfə də olsun görməyib. «Görsək də tanımarıq. Çünki heç zaman üzünü görməmişik. Deyirlər, arada bir televizora çıxır. Onda da bizim problemlərimizdən deyil, özünə sərf edən məsələlərdən danışır. Ermənilərin qorxusundan işıqlarımızı da yandıra bilmirik ki, heç olmasa deputatımızın üzünü görüb, tanıyaq». /JAM.az

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru