““Artsax” məsələsi birdəfəlik bağlanıb, ora Azərbaycan torpağıdır” – Qriqoryan

2-11-2021, 12:27           
““Artsax” məsələsi birdəfəlik bağlanıb, ora Azərbaycan torpağıdır” – Qriqoryan
Ermənistanda Qarabağ məsələsi sərhədlərin demarkasiya və delimitasiyasından sonra tamamilə gündəlikdən çıxarılacaq. Sərhədlərin müəyyənləşməsində sənədlərin imzalanması ilə Ermənistan dövləti rəsmi şəkildə Qarabağı Azərbaycan torpağı kimi etiraf etmiş olacaq.

Unikal.org xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Qalust Qriqoryan deyib.

“Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizinin əməli surətdə həyata keçirilməsi ilə məşğul olur.

Keçək Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu günlərdə bəyan ediyi fikirlərə: “Ermənistan demarkasiya və delimitasiyası prosesinə başlamağa hazırdır”.

Bu o deməkdir ki, “artsax” məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!” – erməni şərhçi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru