"ABŞ Çinlə silahlı münaqişədən qorxmur, lakin..." - BAYDEN

3-11-2021, 09:38           
"ABŞ Çinlə silahlı münaqişədən qorxmur, lakin..." - BAYDEN
"ABŞ Çinlə silahlı münaqişədən qorxmur və hesab edir ki, bunun qarşısını almaq olar".

Bu barədə ABŞ prezidenti Cozef Bayden Qlazqoda BMT-nin İqlim üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransı çərçivəsində dövlət və hökumət başçılarının iki günlük sammitinin yekununda keçirilən mətbuat konfransında bildirib.

Bayden qeyd edib ki, Vaşinqton və Pekinin birgə işləməsi lazım olan bir çox məsələlər var.

O, jurnalistin "Çinlə silahlı münaqişə sizi narahat edir?" sualını belə cavablandırıb: "Xeyr, narahat deyiləm. Münaqişəyə ehtiyac olacağını proqnozlaşdırmıram”.

"Mən açıq şəkildə bildirirəm ki, bu, rəqabətdir. Bu, münaqişə olmamalıdır", - Amerika lideri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru