“Söz verirəm ki, maksimum 10 gün ərzində... ” - MİXAİL SAAKAŞVİLİ

3-11-2021, 11:30           
“Söz verirəm ki, maksimum 10 gün ərzində... ” -
Eks-prezident Mixail Saakaşvili azad olunandan sonra 10 gün müddətində Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacağını deyib.

Qafqaz.media xəbər verir ki, Saakaşvilinin bu niyyətini jurnalist Dmitri Sadzaqlişvili ictimaiyyətə açıqlayıb.

“Türmədən azad olunacağım təqdirdə söz verirəm ki, maksimum 10 gün ərzində biz növbədənkənar seçkiyə gedəcəyik və onları məğlub edəcəyik. İndi bizə geniş ictimai birlik lazımdır, hər şey bu məqamda böyük əhəmiyyət daşıyır. Bizim gücümüz birliyimizdədir, müxalifətin içində küçə mübarizəsini apara biləcək liderlər az deyil”, - deyə Saakaşvili qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru