Rusiyaya yeni sanksiyalar tətbiq olunur? - Səfir 4-11-2021, 10:25 ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalı var.KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. “Bu gün və ya sabah Rusiyaya sanksiyaların elan olunması ehtimalının olmadığını demək olmaz. Belə bir ehtimal var”, – səfir söyləyib.Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, Rusiya ilə ABŞ arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir. Facebook-da paylaş