Putinin dediyi xəritə: Əvvələr verilən torpaqlar Azərbaycana geri qayıdır ANALİTİK+ŞƏRH

4-11-2021, 10:55           
Putinin dediyi xəritə: Əvvələr verilən torpaqlar Azərbaycana geri qayıdır ANALİTİK+ŞƏRH
Ermənistan rəhbərliyinin boş-boş və “müsbət yönlü” bəyanatları isə sözügedən məsələdə heç bir rol oynamır

Son zamanlar istər Azərbaycanda, istərsə də Ermənistanda danışılan ən çox mövzulardan biri də ölkə sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlıdır. Belə ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Soçidəki çıxışı zamanı onun 1920-ci illərə aid xəritəsinin Rusiyanın Baş Qərargahında olduğunu deməsi, eləcə də sonrakı müddətdə Rusiyanın XİN rəsmisi Mariya Zaxarovanın ölkələr arasında demarkasiya və delimitasiya prosesinin başlanmasında israrlı olduğunu bəyan etməsi artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, proses çox yaxın vaxtlarda başlanacaq və bunun başqa yolu da yoxdur. Çünki münaqişənin tam şəkildə başa çatdığını rəsmi şəkildə təsdiq edən amillərdən biri də məhz sözügedən prosesin həyata keçirilməsidir. Digər tərəfdən, demarkasiya və delimitasiyadan sonra regionda iqtisadi maraqların təmin olunmasından tutmuş digər məsələlərə aid olan bütün problemlərin də həlli gözlənilir.

Erməniləri təlaşlandıran hansı amillərdir?

Lakin sərhədlərin delimitasiyası və demarkasiyasına, həmçinin böyük sülh sazişini imzalamağa hazır olduğunu bəyan edən Azərbaycandan fərqli olaraq Ermənistan hələ də düşdüyü böhranlı vəziyyətdən öz səmərəsi üçün çıxış yollarını axtarır, müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. Ancaq belə davranışların özü də əslində Ermənistanın zərərinə işləyir. Ermənistan rəhbərliyinin boş-boş və “müsbət yönlü” bəyanatları isə sözügedən məsələdə heç bir rol oynamır.

Bu arada, erməni ictimai rəyi sosial şəbəkələrdə də mövzu ilə bağlı müxtəlif fikirlərlə çıxışlar edir, fərziyyələr irəli sürürlər. Onlar azərbaycanlıların demarkasiya və delimitasiya məsələsinə sakit, təmkinli yanaşmasından fərqli olaraq narahat və təlaşlı olduqlarını gizlətmirlər. Bəs erməniləri təlaşlandıran hansı amillərdir? Onlar xəritənin harada olduğununda xəbərdardırlarmı və bu xəritəni görüblərmi? Yaxud, həmin xəritədə Azərbaycana aid sərhədlər hansı şəkildə cızılıb ki, erməni ictimai rəyi bundan bərk narahat olmağa başlayıb?

Rizvan Hüseynov: “Sovet İttifaqının süquta uğramasına qədər Moskvanın göstərişi ilə Azərbaycan özünə məxsus ərazilərin müəyyən hissələrini Ermənistanın xeyrinə təhvil verirdi, bu isə onminlərlə hektar ərazilərdir”

SİA xəbər verir ki, mövzu ilə bağlı azərbaycanlı tarixçi, Qafqaz tarixi mərkəzinin direktoru, UNESCO-nun dosenti Rizvan Hüseynov maraqlı fikirləri ilə mətbuata danışıb. Onun sözlərinə görə, söhbət Rusiyanın Baş Qərargahının 1928-ci ildəki xəritəsindən gedir.

“Apardığımız araşdırmaların göstərdiyi kimi bu müddətə qədər dəqiq hərbi topoqrafik xəritələr olmayıb. Sərhədlərin demarkasiyası üçün internet məkanında gəzən xəritələr deyil, məhz bütün nöqtələri bir neçə metrə qədər dəqiqliyi ilə göstərən xəritələr lazımdır. SSRİ-nin ilk belə xəritəsi isə SSRİ-nin Baş Qərargahının 1928-ci ilə aid olan xəritəsidir”, deyə qeyd edən Rizvan Hüseynov xatırladıb ki, məhz həmin ildə üç Zaqafqaziya respublikalarının – Ermənistan, Gürcüstan və Azərbaycan SSR-nın yaradılması məsələsi qaldırılmışdı. Onun sözlərinə görə, bu xəritələrdə göstərilən Azərbaycanın ərazilərinin müəyyən bir hissəsi bu günün müasir Ermənistanın əraziləri olaraq göstərilir. SİTAT: “Məsələ ondadır ki, Sovet İttifaqının süquta uğramasına qədər Moskvanın göstərişi ilə Azərbaycan özünə məxsus ərazilərin müəyyən hissələrini Ermənistanın xeyrinə təhvil verirdi, bu isə onminlərlə hektar ərazilərdir. 1928-ci ilin xəritəsi isə ən əvvəlki xəritədir və onun sayəsində biz demarkasiyanı məhz real Azərbaycan sərhədlərində həyata keçirə biləcəyik. Mövcud xəritə hazırkı zamanda Rusiya Federasiyasının Baş Qərargahında saxlanılır”.

Beləliklə, Ermənistan rəhbərliyinin və erməni ictimai rəyinin narahatlıqları və təlaşlarının nəyə görə baş qaldırdığını anlamaq elə də çətin deyil. Onlar onlara aid olmayan nə varsa, kiçik zərrəsinə qədər Azərbaycana qaytarmalı olacaqlar və bu na kimsənin də şübhəsi yoxdur. Hətta prosesi daha bir neçə ay uzatsalar belə, nəticə onların xeyirlərinə olmayacaq. Bu isə aksiomadır və qalır onun reallığa çevrilməsi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru