SKANDAL: Gizli saxlanılan MÜHARİBƏ CİNAYƏTİNİN ÜSTÜ AÇILDI - ABŞ Suriyada qadın və uşaqlardan ibarət 80 nəfəri mülki vətəndaşı necə QƏTLƏ YETİRİB...
14-11-2021, 10:40

ABŞ-ın 2019-cu ildə Suriyada İŞİD-ə qarşı əməliyyatlar həyata keçirərkən 70-ə yaxın qadın və uşaqdan ibarət mülki vətəndaşları bombaladığı üzə çıxıb.
Avropa.info xəbər verir ki, ABŞ-ın nüfuzlu "New York Times" qəzetindəki xəbərdə ABŞ hava qüvvələrinin 18 mart 2019-cu il tarixində Suriyanın Bağhuz bölgəsində qadın və uşaqlardan ibarət mülki insanları hədəf aldığı bildirilib.
Xəbərdə, F-15 tipli döyüş təyyarələri ilə 3 ayrı hücumda 2 tondan çox bomba atıldığı və təxminən 70 nəfərin ölümünə səbəb olduğu qeyd edilib.
Bu hadisənin təfərrüatlarının ilk dəfə açıqlandığı vurğulanan xəbərdə, “Bağhuz hücumu İŞİD-ə qarşı aparılan müharibə zamanı ən çox mülki vətəndaşların öldürüldüyü, lakin ABŞ tərəfindən heç vaxt ictimaiyyətə açıqlanmayan hadisələrdən biridir", deyilir.
"ABŞ-da bir hüquqi məmuru hücumu araşdırılması lazım olan müharibə cinayəti kimi qeyd etdi. Lakin hərbi məmurlar, demək olar ki, hər addımda bu fəlakətli hücumu ört-basdır edirdilər. Ölənlərin sayı da az hesablanıb. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri izi azdırmaq üçün bombalanan yeri buldozerlərlə hamarlayıb", - deyə xəbərdə qeyd olunur.
Hücumun təfərrüatlarının aylarla davam edən məxfi sənəd və hesabatların tədqiqi, adları məxfi saxlanılan aidiyyatı işçilər və vəzifəli şəxslərlə birbaşa görüşmələr nəticəsində ortaya çıxdığı bildirilən xəbərdə, əldəki faktların ABŞ Mərkəzi Komandanlığına göndərildiyi bildirilir. ABŞ Mərkəzi Komandanlığı hücumu ilk dəfə qəbul etməklə yanaşı, hava hücumunu həyata keçirməkdə haqlı olduqlarını iddia ediblər. Eyni zamanda qeyd olunan hücum zamanı 80 mülki vətəndaşın öldüyü də etiraf edilib.