Peskov Rusiyanı “tamamilə demokratik” ölkə adlandırdı

27-12-2021, 00:01           
Peskov Rusiyanı “tamamilə demokratik” ölkə adlandırdı
Rusiya “ tamamilə demokratik” ölkədir və bunun əksini söyləyənlər ölkə həyatının xüsusiyyətlərini bilmirlər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində Vladimir Solovyovun suallarını cavablandırarkən deyib.

"Rusiya həqiqətən güclü, çox qürurlu və çox azad insanların yaşadığı tamamilə demokratik ölkədir. Əgər kimsə bunun əksini deyirsə, o, sadəcə olaraq bizim ölkəmizi bilmir və anlamır", - Peskov bildirib.

Aparıcının Rusiyanın diktatura, yoxsa demokratiya olması sualını şərh edən Kreml sözçüsü vurğulayıb ki, bu, ilk növbədə, suveren dövlətdir. "Biz Rusiya Federasiyasıyıq, biz suveren dövlətik. Prezident [Vladimir] Putin nə çox, nə də az Rusiya Federasiyasının Konstitusiyasında nəzərdə tutulan səlahiyyətlərə malikdir", - o deyib.

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.