Azərbaycan – Rusiya münasibətlərində bu il nə gözlənilir? - AKTUAL

1-01-2022, 12:33           
 Azərbaycan – Rusiya münasibətlərində bu il nə gözlənilir? - AKTUAL
Azərbaycan Rusiya üçün çox önəmli, vacib tərəfdaşdır. Təbii ki, Rusiya ilə münasibətlər nə qədər yaxşıdırsa, Azərbaycan üçün də bir o qədər yaxşıdır.
Teref.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Şəfiyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi keçiriləcək: "Bununla bağlı həm Azərbaycan, həm də Rusiya Prezidenti Administrasiyası tərəfindən bir sıra təbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər həm Bakı, həm də Moskvada keçiriləcək. İl ərzində Azərbaycan-Rusiya regionlararası forum, Azərbaycan-Rusiyanın Gənclər Forumu, Media forumu və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub".
BMTM rəhbərinin sözlərinə görə, gələn il Rusiya paytaxtı Moskvada Azərbaycan-Rusiya ekspertlər Şurasının iclası keçiriləcək: "Bizim məqsədimiz Şuranın daimi şəkildə fəaliyyət göstərməsidir. Ola bilsin ki, gələcəkdə Şuranın iclası il ərzində iki dəfə keçirilsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru