“Rusiyaya qarşı ağır sanksiyalar TƏTBİQ EDƏCƏYİK” – Cozef Bayden

1-01-2022, 13:55           
“Rusiyaya qarşı ağır sanksiyalar TƏTBİQ EDƏCƏYİK” – Cozef Bayden
“Ukrayna mövzusunda hərbi addımlar atılsa, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik”.

Teref.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Dövlət başçısı Vladimir Putinə ağır sanksiyalar tətbiq edəcəyimizi və NATO-dakı müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu daha da artıracağımızı dedim. Putinə açıq dedim ki, Ukraynanı işğal edə bilməyəcək. Ümid edirəm ki, müzakirələr işə yarayacaq”, – o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bundan sonra Bayden jurnalistlərə müsahibə verib. //Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru