Paşinyan öz əskrlərindən qorxur? - VİDEO

3-01-2022, 09:27           
Paşinyan öz əskrlərindən qorxur? - VİDEO
Xəbər verildiyi kimi, dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla birlikdə Azərbaycanla sərhəddəki mövqelərə baş çəkib və hərbçilərə həvəsləndirici hədiyyələr təqdim edib.

Teref.az moderator.az-a istinadən xəbər verir ki, “Hraparak” qəzeti “Paşinyan nədən qorxur?” başlıqlı məqaləsində yazdığına görə, Paşinyanın Yeni il ərəfəsində erməni hərbçilərlərə görüşünün video-görüntüləri yayıldıqdan sonra internet istifadəçiləri baş nazirlə görüş zamanı hərbçilərin avtomat tüfənglərinin sandıqçalarının olmadığını, yəni gülləsiz olduğunu müşahidə ediblər.


“Keçmişdə Ermənistan respublikasının birinci şəxslərinin hərbi mövqelərə səfərlərini əks etdirən video-çəkilişlərin müşahidəsi göstərir ki, sərhəd xidmətinin hərbi qulluqçularının hər zaman yanlarında sandıqçaları patronla dolu olan silahlar olub”- erməni nəşri belə yazır.
Görünür, Azərbaycanın 44 günlük savaşdakı böyük uğurlarından sonra Ermənistanın baş naziri öz hərbi qulluqçularından da ehtiyat edir...
Əlavə edilmiş videoda müvafiq kadrlar göstərilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru