Rəisi Paşinyanla danışdı: Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan məmnundur

4-01-2022, 08:15           
Rəisi Paşinyanla danışdı: Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan məmnundur
Rəisi ilə Paşinyan Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”, - Rəisi deyib.
İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi ilə Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.
Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru