Prezidentə sui-qəsdin əsas şübhəlisi ABŞ-A APARILIB

4-01-2022, 12:23           
Prezidentə sui-qəsdin əsas şübhəlisi ABŞ-A APARILIB
Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən Mario Antonio Palasios Panamadan ABŞ-a deportasiya edilib. SİA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti yazır.

Qəzeti yazır ki, həmin şübhəli bilinən adam Mayamiyə gətirilib. Saxlanılan şəxs Kolumbiya vətəndaşıdır. Onun həbsi üçün order Haitinin tələbi ilə İnterpol tərəfindən verilib. Daha sonra Palaciosla bağlı ABŞ da oxşar sorğu göndərib. Nəticədə həmin adam tutulub, sonra deportasiya edilib.

Diqqətə çatdırılır ki, Palacios təqaüdə çıxmış Kolumbiyalı hərbçidir. Bundan əvvəl Haiti səlahiyyətliləri onu qətl sui-qəsdində iştirakda ittiham edib və Port-o-Prensə ekstradisiyasını istəyib. Lakin onların yamaykalı həmkarları onun cinayətdə iştirakı ilə bağlı təqdim olunan sübutların yetərli olmadığı qənaətinə gəliblər və onu ekstradisiya etməyiblər.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moise ötən il iyulun 7-nə keçən gecə öldürülüb. Qatillər onun həyatına qəsd etməzdən əvvəl dövlət başçısına işgəncə veriblər. O, 12 yara alıb. Onlar arasında üç əcnəbi də olub. Sonradan məlum olub ki, vəhşicəsinə qətlin iştirakçılarından bəziləri Amerika hərbi təlim proqramından keçiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.