Rusiya hərb sənayesinə zərbə - İndineziya və Əlcəzair imtina etdi

5-01-2022, 09:13           
Rusiya hərb sənayesinə zərbə -
Əlcəzair aktiv fazalı antena sırasına malik radar stansiyasının (radarının) olmaması səbəbindən Rusiya Su-35 qırıcılarının alınmasından imtina etmək qərarına gəlib.

Qaynarinfo Military Watch Magazine nəşrinə istinadla xəbər verir ki, yeni qırıcıların qiyməti Afrika ölkəsi ilə xidmətdə olan Rusiyanın Su-30MKA-nın təkmilləşdirilməsi xərclərindən 60% bahadır.

Onu da xatırladaq ki, ötən il dekabrın 23-də məlum olub ki, İndoneziya "ürək ağrısıyla” Rusiyadan çoxməqsədli Su-35 qırıcılarının alınmasından imtina etmək məcburiyyətində qalıb. Bu barədə İndoneziya Hərbi Hava Qüvvələri Baş Qərargahının rəisi, Hərbi Hava Qüvvələri Baş Marşal Fajar Prasetio bildirib. RİA Novosti İndoneziyanın Kompas xəbər portalına istinadən xəbər verir ki, o, imtinanın səbəbini "büdcə ilə bağlı mülahizələrlə" izah edib.

Eyni zamanda, marşal əlavə edib ki, bunun müqabilində İndoneziya Fransanın "Rafale” qırıcılarını və Amerikanın "Boeing F-15 EX” təyyarələrini almağı düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru