NATO-ya üzvlük Kiyevə problem yaradacaq

5-01-2022, 12:04           
NATO-ya üzvlük Kiyevə problem yaradacaq
Ukraynanın Şimali Atlantika Alyansına daxil olması Kiyevin özü üçün mənfi nəticələrə səbəb olacaq.

Axar.az xəbər verir ki, bu fikri ABŞ və Rusiya arasında Konsensus üzrə Amerika Komitəsinin vitse-prezidenti Katrina vanden Hoyvel deyib.

"Qərb başa düşməlidir ki, Kiyevi NATO-ya qəbul etmək cəhdləri Ukrayna daxilində dərin tarixi parçalanmalara səbəb olacaq və Rusiyanın narahatlığını artıracaq", - deyə o bildirib.

Amerikalı ekspert Ağ Evi Rusiyaya qarşı sanksiya çağırışlarına və Moskvaya münasibətdə qarşıdurma mövqeyinin güclənməsinə qarşı xəbərdar edib.

“Bu, son dərəcə təhlükəlidir və Birləşmiş Ştatların maraqlarına uyğun deyil”, - o vurğulayıb.

Onun fikrincə, yalnız ağlabatan dialoq və siyasi nizamlanma Ukraynanı uzunmüddətli sabitlik və sülh yoluna qaytarmağa kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru